iGuide təqdimatı
Heydər Əliyev Mərkəzinin yeni mobil tətbiqi olan İguide dünyanın tanınmış
muzey və sərgilərinin təcrübəsinə əsaslanaraq müasir yüksək
texnologiyalardan istifadə edərək yaradılmışdır. Mərkəzinin muzey və
sərgilərini ziyarət edən qonaqlar Iguide mobil tətbiqindən istifadə edərək
mobil cihazları vasitəsi ilə rahat şəkildə eksponatlar haqqında yazılı, səsli
və görüntülü məlumatlar ala bilər, eləcə də elektron bələdçi sayəsində fərdi
şəkildə muzey və sərgilərdə ekskursiya edə bilərlər.
iGuide mobil tətbiqinə ilkin daxil olarkən dil seçimi edilir və ilkin versiya
olaraq tətbiqdə məlumatlar üç dildə Azərbaycan, İngilis və Rus dillərində,
səsli və yazılı şəkildə təqdim olunur. Dil seçimindən asılı olaraq növbəti
mərhələlərdə məlumatlar seçilmiş dildə olacaqdır.
iGuide tətbiqinin texniki bünövrəsi yalniz Heydər Əliyev Mərkəzi üçün deyil,
milli brend olaraq gələcəkdə digər Muzey və sərgilərdə də tətbiq edilmək
məqsədi ilə qurulmuşdur.
Hal-hazırda tətbiq etmənin məlumat bazasında yalnız Heydər Əliyev
Mərkəzi mövcuddur .
Tətbiq etmədə istifadə olunan rənglər Azerbaycanın Dövlət bayrağının
rənglərinə əsasən hazirlanmışdır.
Mobil tətbiqi hazırlanarkən istifadəçilərin rahatlığını nəzərə alaraq, bütün
yaş kateqoriyalarının tədbiqdən asan istifadə edə bilməsi ücün asan və çox
funksional interfeys tədbiq edilmişdir və əsas üc bölmə yaradılmışdır.
Bunlara Sərgilər, Seçilənlər və Qısa tur daxildir.
- Sərgilər bölməsində Heydər Əliyev Mərkəzi, Zaha Hadid, Heydər
Əliyev Mərkəzinin təltifləri, Umummilli Lider Heydər Əliyevin həyat və
yaradıcılığını əks etdirən muzey, “Azərbaycan inciləri”, “Mini Azərbaycan”,
“Kukla incəsənətdə”, “Klassik avtomobil” sərgiləri yerləşdirilmişdir.
- Seçilənlər bölməsində Mərkəzdə sərgilənən 5 daimi sərgidən müvafiq
interval daxilində müxtəlif eksponatlar sistem tərəfindən avtomatik olaraq
seçilir və nümayiş etdirilir. Heydər Əliyev mərkəzini ziyarət edən qonaqlar
bütün sərgilərlə tanış ola bilmədikləri halda həmin bölmədən istifadə edərək
secilmiş eksponatlar haqqında ətraflı məlumat ala bilərlər.
- Qısa tur bölməsinin yaradılmasında əsas məqsəd isə Mərkəzi ziyarət
edən qonaqlar üçün bələdçisiz qısa ekskursiyaların təşkil edilməsidir. Bu
bölmədə qeyd etdiyimiz kimi, 5 daimi sərginin hər biri haqqında qısa tur
formatında audio fayllar yerləşdirilmişdir.
İstifadəçilərin rahatlığını təmin etmək üçün mobil tətbiqə bir necə əlavə
müasir funksiyalar yerləşdirilmişdir. Bunlara mobil tətbiqin yuxarı sağ
tərəfində yerləşdirilmiş Qrkodla tanınma, Vizual istiqamətləndirmə və yuxarı
sol tərəfində ayarlar bölməsində Artırılmış reallıq və bəyəndiklərim daxildir.
Mərkəzdə daimi sərgilərin eksponatlarına xüsusi kodlarşdırılmış Qrkodlar
yerləşdirilmişdir. Mobil tətbiqin yuxarı sağ tərəfində QR kod düyməsinin
üzərinə sıxdıqda qarşımıza Qrkodu oxut pəncərəsi çıxır. Bu funksiyadan
istifadə edərək muvafiq eksponatlar haqqında yazılı və səsli məlumatları
almaq mümkündür.
Müasir Vizual yönləndirmə funksiyasından istifadə edərək qonaqlar
olduqları yeri qeyd ederek istədikləri sərgilərə çox rahat və dəqiq bir şəkildə
Vizual olaraq istiqamətlənəcəklər.